Yığmamızın sabiq üzvü Türkiyə klubunda

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Barış Ekincier Türkiyədə klubunu dəyişib.

Newsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Şanlıurfaspor"dan ayrılıb.

O, Türkiyə birinci liqasında yarışan "Ümraniyespor"la anlaşıb.

Ekincier 2023/2024 mövsümündə Türkiyə Birinci Liqasında 29 matçda meydana çıxıb və 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right