Azərbaycan yığmasının futbolçusu Anton Krivotsyuk formasını geyindiyi “Daejeon” klubunda növbəti oyununu keçirib. Newsport.az xəbər verir ki, onun komandası “Seul”la qarşılaşıb.
Görüş Cənubi Koreya çempionatının 22-ci turu çərçivəsində baş tutub. Qarşılaşma Antonun komandasının məğlubiyyəti ilə nəticələnib - 1:2.
Krivotsyuk meydana start heyətdə çıxıb və oyunu əvəzlənmədən keçirib. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, hesabında 19 xal olan “Daejeon” hazırda turnir cədvəlində 12-cidi.