AZAL “Qəbələ” ilə matça itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Qəbələ” ilə qarşılaşacaq AZAL ciddi itki ilə üzləşib.

Newsport.az saytının məlumatına görə, Taqim Novruzov "Qəbələ” ilə qarşılaşmada "təyyarəçilər”ə kömək edə bilməyəcək. 
Belə ki,Topaz Premyer Liqasının IX turunda "Neftçi” ilə qarşılaşmada sarı vərəqə alan Novruzov cəzalı duruma düşüb. O, 4-cü sarı vərəqini aldığı üçün "Qəbələ”ilə qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Qəbələ” – AZAL oyunu oktyabrın 28-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right