“Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Rəqib Qəbələyə xal ardınca gəlmişdi. İlk 15 dəqiqədə qol vursaydıq hesab başqa cür ola bilərdi.”
Bu sözlə milli komandamızın və “Qəbələ”nin futbolçusu Ruslan Abışova məxsusdur. Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” ilə matçdan sonra (0-0) Newsport.az saytına açıqlama verən Abışov matçı belə dəyərləndirib:
“Biz bilirdik ki, rəqib Qəbələyə ən azından bərabərlik üçün gəlib. Bizdən xal almaq istəyirdilər. İlk 15 dəqiqədə, ümumiyyətlə ilk hissədə qol vursaydıq oyun tamam başqa cürola bilərdi. Futbolçularda yorğunluq hiss olunurdu. Təəssüf ki, 2 xal itirdik.”
Abışov Azərbaycan Premyer Liqasının X turunda AZAL-la baş tutacaq qarşılaşma haqqında da fikirlərini bildirib:
“AZAL-la qarşılaşma da, digərlərindən asan olmayacaq. Oyuna yaxşı hazırlaşmalıyıq. Artıq AZAL-la qarşılaşmada xal itirmək haqqımız yoxdur.