İtaliya klubu "Neftçi"nin müdafiəçisini transfer etmək istəyir

"Neftçi"ni daha bir legioner tərk edə bilər.

Newsport.az xəbər verir ki, “ağ-qaralar”ın macarıstanlı futbolçusu Mark Tamaşa təklif gəlib.

"TUTTo mercato WEB" portalının yaydığı xəbərə əsasən, Tamaş İtaliya B Seriyasında yarışan “Reccina”nın transfer siyahısında yer alıb. İtaliyalılar bu yay onun keçidini həll etməyi planlaşdırır.

Xatırladaq ki, daha əvvəl Polşanın “Puşça” klubunun Tamaşla maraqlanırdı.

Onun “Neftçi” ilə müqavilə 2025-ci il iyunun 30-na qədərdir. Macarıstanlı futbolçu 2023-cü il iyulun 23-də Bakı klubuna keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right