"Qarabağ”ın futbolçusu Vladimir Dimitrovskinin Newsport.az saytına müsahibəsi
-"Sumqayıt”dan gözlənilməz məğlubiyyət aldınız. Fikirləriniz maraqlı olardı...
-Gördüyünüz kimi, oyunda üstün tərəf biz idik. Topaz daha çox nəzarət edirdik. Lakin əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Bizim komandada yeganə çatışmayan cəhət qol vurmamaq idi.
-Bu məğlubiyyəti "Qarabağ” üçün faciə saymaq olarmı?
-Yox. Bunu bu qədər böyütmək lazım deyil. Qarşıda daha çox oyunlarımız var. Bu məğlubiyyəti unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq.
-Bir həftədə iki autsayderə qarşı və Avropa Liqasında "Monako”ya qarşı oynayacaqsınız. Komandada yorğunluq yoxdur? AZAL, "Rəvan” və "Monako” ilə qarşılaşmalardan nə gözləyirsiniz?
-İnanmıram komandamızda yorğunluq olsun. Çox geniş heyətə malik komandamız var. Həm "Monako” həm də, AZAL və "Rəvan”la qarşılaşmalara yaxşı hazırlaşacağıq. İnanıram ki, yaxşı nəticələr əldə edəcəyik.
-Avrokuboklarda oynaya bilmirsən. Bu sənə necə təsir edir?
-Əlbəttə, pis təsir edir. Amma ediləcək bir şey yoxdur. Hər avroliqa oyununda komandama tribunadan dəstək verirəm.