Daha bir klub rəsmisi "Neftçi"dən ayrıldı

“Neftçi”də növbəti ayrılıq yaşanıb. Daha bir klub rəsmisi komandadan ayrılıb.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, söhbət mətbuat xidmətinin rəhbəri Emin Əfəndidən gedir.

Emin bəy müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib, futbol verilişlərinin layihə rəhbəri olub.

Xalq artisti Miri Yusifin prodüseri kimi çalışıb.

O, ötən ilin yayı “ağ qaralar”da mətbuat xidmətinin rəhbəri postuna gətirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right