"Neftçi" Türkiyədə 4 oyun keçirəcək

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının Bakıda təşkil olunmuş ilk mərhələsini ötən həftə başa vuran “ağ-qaralar” bu gün Türkiyədə ikinci mərhələyə start verir.

Toplanış iyulun 26-dək Ərzurum bölgəsində davam edəcək. Komanda hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right