“Araz-Naxçıvan” Bakı hazırlığını bugünkü oyunla başa vurur

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” bu gün yoxlama oyunu keçirəcək.

Newsport.az xəbər verir ki, əvəzedicilərlə qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

Bu matçla komanda hazırlığın Bakı mərhələsini yekunlaşdıracaq. Sabah istirahət edəcək “Araz-Naxçıvan” iyulun 10-da Türkiyəyə yola düşəcək. Erzurumda iki həftəlik toplanış zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub. Oyunların tarixi və rəqiblərlə bağlı əlavə məlumat veriləcəyi bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right