“Sabah”ın rəqibi ciddi itkilərlə üzləşdi

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si ciddi itkilərlə üzləşib.

Newsport.az İsrail mətbuatına istinadən xəbər verir ki, komandanın iki futbolçusu sıradan çıxıb.

Onlardan sol cinah müdafiəçisi Rami Qerşon topuğunda ağrılar olduğu üçün müayinə edilir. Xorvatiyalı mərkəz müdafiəçisi Lorentso Şimiç isə Andorranın “Atletik” (3:1) klubu ilə keçirilən yoxlama görüşündə zədələnib. Hər iki futbolçunun “Sabah”la ilk matça yetişib-yetişməyəcəyi sual altındadır.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right