“Araz-Naxçıvan” əvəzedicilərini sınağa çəkir

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” bu gün yoxlama oyunu keçirəcək.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi əvəzedici komandası ilə qarşılaşacaq. Saat 18:00-da başlayacaq görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bu matçla “Araz-Naxçıvan” hazırlığın Bakı mərhələsini yekunlaşdıracaq.

Sabah istirahət edəcək kollektiv iyulun 10-da Türkiyəyə yola düşəcək. Ərzurumda iki həftəlik toplanış zamanı 3 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Oyunların tarixi və rəqiblərlə bağlı hələ məlumat verilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right