Samir Abasov: "Komandam meydanda onlardan istədiyimi göstərə bildi"

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" ilk oyununu keçirib. "Kimyaçılar" Rusiya Premyer Liqa təmsilçisi "Orenburq"a 2:1 hesabı ilə məğlub olub. 

Newsport.az xəbər verir ki, komandanın baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib:

 "Yeni mövsümün hazırlıqlarının ilk mərhələsinə Sumqayıtda start verdik. Orada daha çox fiziki və güc məşqləri üzərində çalışdıq. Artıq 4 gündür Qızılcahamamdayıq. Burada isə daha çox taktiki məşqlər üzərində işləyirik. 

Hazırlıq prosesində ilk oyunumuz idi. Çalışdıq ki, düşərgədə olan bütün futbolçulara şans verək. Matç ərzində işlədiyimiz taktiki gedişləri bir də sınaqdan keçirdik. Bu cür oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd oyunçularımı iş başında görmək idi, buna da nail olduq. Düşünürəm ki, komandam meydanda onlardan istədiyimi göstərə bildi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right