"Əlbəttə ki, məğlub olmaq istəməzdik. "Sumqayıt” yaxşı oynadı, onlar üçün yaxşı qələbə alındı”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Sumqayıt”a yenilən Ağdam klubu cari mövsüm ilk məğlubiyyətini aldı. Amma oyundan sonra keçirilən mətbuat konfransında "atlılar”ın çalışdırıcısı komandasının oyunundan razılıq edib və rəqib çalışdırıcını tərifləyib:
"Samir Abasova uğurlar arzu edirəm. Samir futbolçu olduğu vaxt həmişə əziyyət çəkib, zəhməti ilə uğur qazanıb və hər bir oyunçuya örnək olub. Məğlub olmağımıza baxmayaraq, Samirin uğuruna sevinirəm. Məğlubiyyətə baxmayaraq, öz oyunumuzdan razı qaldım. Çempionatımızın ən sürətli, ən gərgin oyunlarından biri alındı. Hazırda sıx qrafik var, futbolçuları oyunlara hazırlamalıyıq. Bir daha Samir Abasovu və komandasını təbrik edirəm, çox istəkli idilər”.