"Zirə”nin qapıçısı Anar Nəzirovun Newsport.az saytına müsahibəsi:
-"Qəbələ” ilə səfərdə qolsuz bərabərliklə razılaşdınız. Oyunla bağlı fikirləriniz necədir?
-Çətin oyun idi. Çalışdıq-vuruşduq. Hər kəs "Qəbələ”nin necə komanda və ya nəyə qadir olduğunu çox yaxşı bilir. Bizdə çalışırdıq Qəbələdən bir xalla dönək. Şükürlər olsun ki, buna müvəffəq olduq.
-Sabiq komandaya qarşı oynamaq necə hiss idi? Ələvə motivasiya var idi?
-Mən "Qəbələ”dən halallıqla getmişəm. İstər azarkeşlərlə olsun istərsə də, rəhbərliklə. "Zirə”yə oynamaq üçün gəlmişəm. Heç bir əlavə motivasiya yox idi. Amma əlimdən gələni etdim ki, komandamız Bakıya xalsız dönməsin.
-Oyundan sonra "Qəbələ” azarkeşləri tərəfə gedib onlarla sağollaşdın. Bu sənin onlara qarşı sevgindən irəli gəlir?
-İstər "Qəbələ”də oynayanda, istərsə də, başqa klubda Qəbələdən olan azarkeşlər həmişə məni dəstəkləyiblər. Bu gün də, oyunda idilər. Onlara təşəkkür edirəm.