"Sabah" Sloveniya klubuna qarşı

Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" bu gün ilk yoxlama oyununda qüvvəsini sınayacaq.

Newsport.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli "Koper" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 20:30-da "Brejitse stadionu"nda baş tutacaq.

Qeyd edək ki, "Sabah" ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək. Masazır təmsilçisi İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right