"Cəsarətli olmağa gəldikdə, razıyam, çox şey etmək olardı"-Adil Şükürov

“Uşaqlara minnətdarlığımı bildirirəm. “Qarabağ”a ağır məğubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Ancaq rəhbərlik və məşqçilər heyəti ilə birləşərək vəziyyətdən çıxa bildik. Bunun nəticəsini də bu gün meydanda gördük".

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə,bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.Zirəlilərin baş məşqçisi daha sonra bunları deyib: "Cəsarətli olmağa gəldikdə, razıyam, çox şey etmək olardı. Bir şeyi unutmayaq ki, bu gün “Qəbələ”yə qarşı oynayırdıq. Əsas məqsədimiz qol buraxmamaq, imkan düşəcəyi təqdirdə qol vurmaq idi. Rəşad Abdullayevin sağlıq durumunda müəyyən problemlər var. Ona görə də Qəbələyə gələ bulməmişdi. Bu gün tribunada bizi bir neçə azarkeş dəstəkləyirdi. Tək-tük də olsa, gəlmişdilər. Ona görə də çox sayda qəbələlinin arasında səsləri çıxmırdı”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right