"Kəpəz" sabiq futbolçusunu transfer etdi

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Nicat Süleymanovla anlaşıb. Yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb.

26 yaşlı futbolçu son mövsümü Premyer Liqa təmsilçisi "Araz Naxçıvan"da keçirib.

Nicat Süleymanov əvvəllər də "Kəpəz"də çıxış edib. O, həm I Liqada, həm də elitada "sarı-göylər"in şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right