"Mənim futbol prinsiplərim dəyişməz olaraq qalacaq"-Roman Qriqorçuk

"Bu cür sıx qrafikdə belə nəticələrin qeydə alınması gözləniləndi. Onsuz da, fiziki baxımdan ağır olur. Bir az da psixoloji amili üstünə gələndə, vəziyyət çətinləşir. Psixoloji yüklənmə sözünü deyir. Bunu deməklə heç-heçəyə haqq qazandırmaq istəmirəm. Hər bir futbolçu oyununu təhlil etməli, meydanda xarakter nümayiş etdirməlidi. Nöqsanlardan qısa zamanda nəticə çıxarmalıyıq. Qarşıda bizi daha gərgin mübarizə gözləyir".

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə,bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Zirə"ylə oyundan sonra keçirilən mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis vacib xallar itirdiklərini və buna şərh verməyin çətin olduğunu bildirib:"Düzdü, heyətimiz genişdi. Amma bu o demək deyil ki, dəyişikliklər etmirəm. Məsələn, “Borussiya”ya qarşı oynamayan Ruslan Abışov, Ürfan Abbasov, Samir Zərgərov və Elvin Camalov bu gün meydanda idi. Heç bir məşqçi komandanı büsbütün dəyişmir, o cümlədən də mən. Rotasiyalar edirəm, baxır nə vaxt. Bu gün oynamayanlar təkcə Vaqif Cavadov, Vüqar Nadirov və Asif Məmmədov deyildi. Mənim futbol prinsiplərim dəyişməz olaraq qalacaq. Meydana yalnız bu gün hazır olanlar çıxacaq". 

Qriqorçuk komandanı tərk edəcəyi və onu Yuri Syominin əvəzləyəcəyi ilə bağlı gəzən söz-söhbətlərə belə münasibət bildirib: "Özünə hörmət edən şəxs şaiyələrə inanmamalıdı. Mənim, yaxud klubun hansısa rəsmisinin ağzından açıqlama eşitsəz, başqa məsələ. Qışda komandanı tərk edəcəm, ya yox? Yenə deyirəm, “şərhsiz”! İndiki vəziyyətdə bundan başqa heç bir cavab verə bilmədim”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right