"Qarabağ" beynəlxalq turnirə qələbəylə başladı

"Qarabağ"ın U-16 komandası "Tallinn Cup 2024" beynəlxalq turnirində mübarizəyə başlayıb.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi ilk oyunda Latviyanın "Auda" komandasını 4:1 hesabıyla məğlub edib.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komandanın rəqiblər İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandalar olacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”isi ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Qeyd edək ki, bu, "Qarabağ" akademiyasının komandalarının mövsüm ərzində 9-cu səfəridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right