"Qarabağ”ın Park Bulvar AVM-də yerləşən fan-şopunda futbolçularla birlikdə keçirilən imza mərasimi yarımçıq dayandırılıb.
Newsport.az-ın məlumatına görə, tədbirdə Ağdam klubunun futbolçularından Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edib.
Futbolçularla görüşə gözləniləndən daha çox azarkeş toplaşıb. 2 dəfə fasilələrlə futbolçular forma imzalasalar da, izdihamın qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən də tədbir yarımçıq dayandırılıb.