Rahilin vidası rəsmiləşdi

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə Lodz komandası rəsmi saytı vasitəsilə məlumat verib.

Bildirilib ki, 28 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Məmmədov LKS-ə bu ilin əvvəlində “Qarabağ”dan keçmişdi.

Qeyd edək ki, Rahil Məmmədov LKS-in heyətində Polşa çempionatında 16 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right