“Qarabağ”ın əsas komandası yeniyetmə çempionlarla görüşdü Fotolar

“Qarabağ”ın İdarə Heyətinin üzvləri – Emrah Çelikel və Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və əsas komandanın futbolçuları klubun akademiyasının U-11, U-13, U-14, U-15 kollektivlərinin üzvləri ilə görüşüblər.

Newsport.az xəbər verir ki, futbolçuların önündə çıxış edən Qurban Qurbanov, onları bu mövsüm qazanılan çempionluqlar münasibəti ilə təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb:

“Çempionluq münasibətilə hər birinizi təbrik edirəm. Uğurlarınıza sevinirəm. Siz bizim gələcəyimizsiniz. Hər idmançıya çempionluq sevinci yaşamaq nəsib olmur. Bu, sizin ilk belə uğurunuzdur. Gələcəkdə daha çox çempionluqlar yaşamağı arzulayıram. Hər zaman yanınızdayıq və həmişə sizə dəstək olacağıq”.

Qeyd edək ki, “Qarabağ”ın komandaları bu mövsüm Qəbələdə təşkil olunan U-11 İnkişaf Turnirinin, AFFA U-13, U-14, U-15 Liqalarının qalibi olublar.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right