"Neftçi"nin yeni transferi: Daha güclü "Qəbələ" görəcəyik

"Neftçi"nin yeni transferi Emil Səfərov sabiq komandası "Qəbələ" ilə vidalaşıb. Newsport.az xəbər verir ki, gənc yarımmüdafiəçi sosial şəbəkə hesabında bununla bağlı post paylaşıb.

O, “qırmızı-qaralar”a və “Qəbələ” azarkeşlərinə təşəkkür edib: "Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. Buradan ayrılmaq mənim üçün çətindi. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq. Daha güclü "Qəbələ" görəcəyik. Hər birinizə "çox sağ olun" deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".

Qeyd edək ki, “Neftçi” ilə 3 illik müqavilə bağlayan Emil Səfərov 2021-ci ildən “Qəbələ”nin əsas komandasında oynayırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right