"Şimal" UEFA Regionlar Kubokunda mübarizəni dayandırdı

“Şimal” klubu UEFA Regionlar Kubokunda ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, AFFA Region Liqasının son qalibi Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupu çərçivəsində İsveçin “Qothenburq” komandası ilə qarşılaşıb. Kutaisi Futbol Akademiyasının meydançasında keçirilən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Təmsilçimizin heyətində qolları 44-cü dəqiqədə Kazbek Qafarov və 58-ci dəqiqədə Şahlar Sadiyev vurublar.

İki oyuna 1 xal toplayan "Şimal" turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, “Şimal” UEFA Regionlar Kubokundakı ilk oyununda Gürcüstanın “Football School Bridge” klubuna 0:5 hesabı ilə məğlub olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right