Yunan qapıçı "Qarabağ"a gəlməyə razıdır Amma istədiyi məbləğ çoxdur

Yunanıstan yığmasının qapıçısı Andreas Yanniotisin «Qarabağ»la danışıqlar aparmasını xəbər vermişdik.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, 31 yaşlı kiperin meneceriylə görüşmələr bir müddət əvvəl başlayıb.

2018-ci ildən ölkəsinin əsas millisinə dəvət alan "əlcək sahibi" karyerasını Azərbaycanda davam etdirməyə isti yanaşır.

Çünki o, avrokuboklarda oynamaq və özünü göstərmək iddiasındadır.

İndi isə onun belə bir imkanı yoxdur. 2023- cü ilin sentyabrından Türkiyədə - "Kasımpaşa"da çıxış eləyən yunan buradan ayrılmağa hazırdır.

Andreasın gəlişini yalnız maliyyə şərtləri əngəlləyə bilər. İştahı heç də pis deyil - hər mövsümə görə minimum 550 min avro istəyir.

Halbuki "Kasımpaşa"da qazancı bu rəqəmdən hardasa iki dəfə azdır.

Gələn ilin yayınadək İstanbul təmsilçisinə məxsus olan elladalı legioner "Apollon Kalamarias"un yetirməsidir.

Peşəkar karyerasına 2011-ci ildə "Etnikos Qazoros"da başlayan Andreas növbəti 5 ildə «Olimpiakos»a aid olub. Bu illər ərzində icarə əsasında "Fostiras", "PAS Qiannina" və "Panionios"nun formasını geyinib.

2017-ci ildə «Atromitos»un yolunu tutub, 1 il sonra yenidən "Olimpiakos"a dönüb. 2019-2021-ci illəri İsraildə, "Makkabi"də (Təl-Əviv) keçirib.

2021-2023-cü illər aralığında ikinci dəfə "Atromitos"un uğurları üçün tər töküb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right