Qriqorçukun istədiyi futbolçular alınmadığı üçün…

“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçukun Azərbaycana qayıtmasının səbəbkarlarından biri də sabiq komandası “Çernomorets” rəhbərliyi olub.

Newsport.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Mixail Spivakovski sosial şəbəkə vasitəsilə paylaşımında yazıb.

Onun sözlərinə görə, 59 yaşlı mütəxəssis əvvəlcə Odessa təmsilçisində qalmağı üstün tutub. Lakin rəhbərliyin verdiyi sözləri tutmaması Qriqorçukun “Neftçi”nin təklifini dəyərləndirməsinə gətirib çıxarıb. Belə ki, Andrey Tatovitski, Ruslan Stepanyuk, Roman Vandux kimi oyunçularla danışıq aparılsa da, son anda maddi durumla əlaqədar onlardan imtina olunub. Bu da Qriqorçukun səbrinin tükənməsi ilə nəticələnib və o, başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right