“Turan Tovuz”dan ayrıldı, Premyer Liqa klubu ilə müqavilə bağladı

“Turan Tovuz”dan ayrılan Kamal Bayramovun yeni komandası müəyyənləşib. Newsport.az xəbər verir ki, 39 yaşlı qolkiper yenidən Premyer Liqada çıxış edəcək.

O, yenidən elitaya qayıdan “Şamaxı” ilə anlaşıb. Bayramov yeni komandası ilə 1 illik sazişə qol çəkib.

Qeyd edək ki, “Şamaxı” yay fasiləsində buna qədər Bahadur Həziyev, Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rüfət Abbasov, Rauf Rüstəmli, Belaydi Pusi, Brahim Konate, Georgi Kantariya və Rikardo Fernandesi transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right