"Turan Tovuz"da yeni müqavilə Foto

"Turan Tovuz" Xəyal Nəcəfovu heyətinə qatıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son iki mövsümü Tovuz klubunda icarə əsasında keçirmiş yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.

O, buna qədər "Neftçi"yə məxsus idi. 26 yaşlı futbolçu "ağ-qaralar"a isə 2021-ci il iyulun 1-də "Sumqayıt"dan keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right