"Oyunun mahiyyətini dərk edir, qələbənin vacibliyini anlayırdıq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter”in qapıçısı Elşən Poladov deyib.
Azərbaycan Premyer Liqasının IX turunda "İnter” evdə "Rəvan”ı 2:0 hesabıyla məğlub etdi. "Bankirlər” "Qarabağ” və "Sumqayıt”la görüşlərdən sonra nəhayət, 3 xala sevindi. Matçdan sonra paytaxt klubunun təcrübəli qolkiperi Elşən Poladov "CBC Sport”a açıqlamasında oyunu belə şərh edib:
"Yeni komanda kimi formalaşmış "Rəvan”da baş məşqçi dəyişikliyi də olmuşdu. Yəni bütün futbolçular özünü yeni çalışdırıcıya göstərmək üçün can atırdı. Bizə 3 xal zəruri idi ki, "Qarabağ” və "Sumqayıt”la görüşlərdə itirilən xalları sığortlayaq. Şadam ki, sonda qələbə qazandıq”.
Meydanda olan ən yaşlı futbolçu məhz bu barədə verilən "meydanda özünüzü ağsaqqal hesab edirdiz” sualına isə belə cavab verib: "Özümü ağsaqqal hiss etsəydim, indi futbolda olmazdım. Fikirləşirəm ki, bundan sonra hələ 3 il də futbol oynaya bilərəm”.
Qeyd edək ki, gələn ay 36 yaşı tamam olacaq Poladov cari mövsüm ikinci oyununu keçirib.