"Şəraitsizlik tək uşaq futbolunda deyil, ümumi futbolumuzda var"

"Şamaxı"nın sabiq çalışdırıcısı Vüqar Əsgərlov yayda təyin olunduğu "Qarabağ"ın U-15 komandasını çempion etməyi bacardı. 

Newsport.az-ın məlumatına görəSportal.az saytına müsahibə verən Əsgərli böyük futboldan sonra uşaq futbolunda çalışmağın müqayisəsini aparıb və yenidən Premyer Liqada işləməyinin mümkün olub-olmamasını dəyərləndirib.

- Yayda böyük futboldan uşaq futboluna keçid etdiniz. Adaptasiya ilə bağlı hansısa problem oldu, yoxsa əvvəllər də "Qarabağ"da işlədiyinizə görə hansısa sıxıntı çəkmədiz?

- Təbii ki, böyük futbolla uşaq futbolu arasında fərq var. Adaptasiya ilə bağlı hansısa problem yaşamadım. Peşəkar kimi işimə necə yanaşmaq lazım olduğunu bilirəm və buna görə hansısa çətinlik çəkmirəm.

- Ümumiyyətlə, U-15 liqasında "Qarabağ"ın işləri necə alındı? Hər şey ürəyinizcə alındı?

- U-15 liqasını digər liqalardan fərqləndirən uşaqların keçid dövründə olmaqlarıdır. Həm də, mənim üçün hər şey yaxşı keçdi. Əlimdən gələni etdim.

- Uşaq futbolunda hər zaman əksəryyət şəraitsizlikdən şikayətlənir. Sizcə uşaq futbolunda problemlər çoxdur və əsas problemlər hansıdır?

- Şəraitsizlik tək uşaq futbolunda deyil, ümumi futbolumuzda var. Daha yaxşıya doğru addımlar atılır. Allah qoysa, daha da yaxşı olacaq.

- "Qarabağ" uzun illərdir ki, əsas komandada öz yetirməsi olmadığı üçün tənqid edilirdi. Lakin artıq aşağı yaş qruplarında da çempionluqlar yaşayırsız. Düşünmək olar ki, yaxın 7-8 il ərzində həmin uşaqlar əsas komandada oynaya biləcək?

- Yuxarı liqalarda da yaxşı uşaqlar var. Şərt deyil ki, mütləq çempion olanlardan kimsə əsas komandada oynasın. Biz akademiya üzvlərinin hamısına inanırıq.

- Siz özünüz necə, yeni sezona da uşaq futbolunda başlayacaqsız, yoxsa yenidən böyük futbola qayıtmaq, əsas komandalardan birində baş məşqçi olmağı arzulayırsız?

- Böyük futbolda bəzən elə komandalar olur ki, düşünürəm qarşılıqlı bir-birimizdən xeyir götürə bilmərik. Ondansa, qarşılıqlı inam gördüyüm yerdə işləmək daha yaxşıdır. Allah qoysa, mənim üçün daha yaxşı olan yerdə davam edərəm.

- Uşaq futbolunda işləyərək böyük futbol klublarından təklifin gəlməsi mümkündür, yoxsa çətin görünür?

- Hazırda "Qarabağ" akademiyasinsda çalışıram. Gələcəkdə nələr olacaq indidən danışmaq çətin məsələdir.

- Yeri gəlmişkən, baş məşqçisi olduğunuz "Şamaxı" yenidən Prrmyer Liqaya qayıtmasına münasibətiniz necədir? 

- "Şamaxı" klubunun Premyer Liqaya qayıtması gözlənilən idi. Bu münasibətlə onları təbrik edirəm. Məşqçi kimi də yaxşı seçim ediblər,  Ayxan Abbasov uğurlu məşqçidir. Ümid edirəm ki, qarşıdakı mövsüm uğurlu çıxışları ilə Premyer Liqadakı yerlərini qoruyacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right