"Neftçi” 2 futbolçusunu cəzalandırıb.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, əsas heyətinin 2 futbolçusu əvəzedici heyətə göndərilib. Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş AZAL - "Neftçi” matçında Samir Məsimov və Məhəmməd Qurbanov peşəkar səviyyələrindən aşağı çıxış etdikləri üçün məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndəriliblər.