“Neftçi” ilk transferlərini açıqladı Foto

“Neftçi” mövsümlərarası fasilə dönəmində ilk transferlərini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, Monteneqro milli komandasının üzvü Edvin Kuç ilə 3 illik müqavilə bağlanıb.

30 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və superkubokunun (2023) qalibi olub.

“Neftçi” milli komandamızın üzvü Emil Səfərovla da 3 illik müqavilə imzalayıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right