“Araz-Naxçıvan” məşqlərə başlayıb

Yeni mövsümün hazırlığına start verən “Araz-Naxçıvan” bu gün növbəti məşqini keçirib.

Newsport.az-ın məlumatına görə, komanda Bakı Olimpiya Stadionunun əsas meydanında məşqçi Teodor Terzievin göstərişləri əsasında fiziki təmrinlər yerinə yetirib.

Əsasən yerli oyunçuların iştirak etdiyi hazırlıq prosesinə legionerlərdən dünən Bakıya gələn Vanderson Melo və İqor Ribeyro da qoşulub. Digər əcnəbi futbolçular isə yaxın 2-3 gün ərzində Bakıya gələcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right