“Xəzər Lənkəran” “yaralı heyvan” kimi idi"-Rəşad Eyyubov

Azərbaycan Premyer Liqasının VIII turunda "Kəpəz” doğma meyndanında "Xəzər Lənkəran”ı qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra "Kəpəz”in futbolçusu – yayda "Xəzər Lənkəran”ın düşərgəsində olan Rəşad Eyyubov Newsport.az saytının əmkdaşının suallarını cavablandırıb:

 
-Rəşad sabiq komandanla oyunda qələbə qazandınız. Oyun barədə fikirlərin necədir?
-Çətin oyun oldu. "Xəzər Lənkəran” "Qəbələ”yə böyükhesablı məğlubiyyətdən sonra "yaralı heyvan” kimi idi. Düşünürəm ki, layiqli qələbə qazandıq.
 
-Sabiq komandana qarşı oynamaq necə hiss idi?
-Keçmiş komandama qarşı oynadığım  üçün çox şadam. 3 ay ərzində "Xəzər Lənkəran”ın futbolçuları ilə dost olmuşam.  Amma mən indi "Kəpəz”in üzvüyəm.  Ona görə də, "Kəpəz” haqqında fikirləşirəm.
 
-"Xəzər Lənkəran”ın uğursuz çıxışı sənə necə təsir edir?
-Gənc futbolçulardan ibarət komandaları var. Deməzdim zəif çıxış edirlər.  Düzdü, onlarda  poblem var. Heyət güclənsə yaxşı komanda olacaqlar. 
 
-"Kəpəz” çempionatda nəyə ümid edir?
-Son 3 oyunda qələbə qazanmışıq. Bundan sonra da, qələbələrimizin davamını gətirmək istəyirik. Düşünürəm yaxşı olacaq.
 
-Növbəti turda "Zirə”ilə qarşılaşacaqsınız...
-İlk dövrədə "Zirə” ilə oyunda xal itirmişik. İndi isə səhv etməyi düşünmürük. Qələbə qazanmağa çalışcağıq. Xallarımız yaxın olduğu üçün, "Zirə” ilə oyunda qazanılan qələbəni 6 xallıq qələbə kimi dəyərləndirə bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right