"Qarabağ" – "Səbail" oyununda 4 qol, vurulmayan penalti FOTOLAR

AFFA U-16 Liqasında pley-off oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, 8 komandanın iştirakı ilə keçirilən pley-off matçlarında ilk olaraq meydana "Qarabağ" və "Səbail" çıxıb.

"Sərhədçi"də baş tutan oyunda ilk hissəsi qolsuz başa çatan fasilədən sonra qapılara 4 qol vurulub. Elnur Abdullayevin çalışdırdığı "Səbail" 50-ci dəqiqədə Sərdar Qaibxanovla hesabı açıb. 9 dəqiqə sonra Mehman Xanlarov hesab arasındakı fərqi 2-yə çatdırıb. 

Bununla belə, Rəşad Sadiqovun baş məşqçisi olduğu "Qarabağ" cavab matçı üçün intriqanın ölməsinə imkan verməyib. Əli İbrahim 75-ci dəqiqədə fərqi azaldıb. Çempionatın bombardirlər cədvəlində 2-ci sırada olan Əli 5 dəqiqə sonra penaltidən dubl etmək şansını əldən verib. Buna baxmayaraq, Əbdüləziz Cabbarlı 89-cu dəqiqədə hesabı bərabərləşdirən qola imza atmağı bacarıb – 2:2.

Tərəflər arasında cavab oyunu iyulun 1-də keçiriləcək. Matç saat 20:00-da "ASCO Arena"da baş tutacaq. 

Qeyd edək ki, 1/4 finalın digər oyunları "Turan Tovuz"la "Zirə", "Neftçi" PFK ilə "Araz-Naxçıvan" və "Sabah"la "Sumqayıt" arasında keçirilir. 

  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right