"Məğlub olduğumuza görə, çox üzgünük. Dünürəm ki, 1 xal əldə edə bilərdik.”
Newsport.az-ın məlumatına görə, bu sözlər "Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatakeyə məxsusdur. Rumıniyalı futbolçu Topaz Premyer Liqasının IX turunda "Kəpəz”ə məğlub olduqları (0-1) oyun haqqında danışarkən bunları deyib:
"Əlbəttə, məğlub olduğumuz üçün çox üzgünük. Əslində 1 xal əldə edə bilərdik. Çünki buna imkanlarımız oldu. Rahidin başla dirəyə vurduğu zərbə anında bəxtimiz gətirmədi. Oyunun nəticəsi bərabərlik idi. Komandada problem yoxdur. Növbəti oyunlara adetptasiya olmağa çalışacağıq. Qələbələr qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməliyik”.