“Turan Tovuz” moldovalı futbolçu ilə müqaviləni yeniləyib

“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, Denis Marandiçi daha 2 il komandada çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Moldova millisinin də üzvü olan müdafiəçi “Turan Tovuz”un heyətində 47 oyun keçirib. O, 2023-cü ilin yanvarından Tovuz klubunda oynayır.

“Turan Tovuz” bu yay Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev və Eltun Turabovla da müqaviləni yeniləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right