"Oyun həddindən artıq maraqlı keçdi. Doğma azarkeşlər qarşısında qələbə qazanmaq qürurverici hisdir. Komandamın qələbə qazanmasında əməyim olduğu üçün çox sevincliyəm.
Newsport.az-ın məlumatına görə, bu sözlər "Kəpəz”in futbolçusu Junior Osvaldoya məxsusdur. Ölkəmizdə ilk dəfə "Xəzər Lənkəran”ın şərəfini qorumuş "sambaçı” sabiq komandası üzərində qazanılan qələbəni beləşərh edib: "Mən "Xəzər Lənkəran”ın yox "Kəpəz”in futbolçusuyam. Ona görə, "Xəzər Lənkəran” haqqında danışmaq istəmirəm. Əlbəttə "Xəzər Lənkəran” mənim ürəyimdədir və o klubu çox sevirəm. ”
Qeyd edək ki, Juninyo 2007-11-ci illərdə "Xəzər Lənkəran”ın şərəfini qoruyub.