Qurban Qurbanov Avropa Liqasının “50-liy”ində

Avropa Liqasında 2024-25 mövsümünün startı ərəfəsində bu turnirdə ən çox oyun keçirən baş məşqçilər açıqlanıb. Newsport.az xəbər verir ki, siyahıda “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov da yer alır.

52 yaşlı mütəxəssis indiyə qədər Ağdam təmsilçisini ikinci dərəcəli klub turnirində 52 görüşə çıxarıb. Qurbanov Avropa Liqasında (keçmiş UEFA Kuboku) 50 oyun səddini keçən 24 çalışdırıcıdan biridi. O, hazırda 21-cidi.

Siyahıya 102 matçla Unay Emeri başçılıq edir. İkinci sıradakı Covanni Trapattoni 98, üçüncü pillədəki Yupp Haynkes isə 87 belə qarşılaşmanın iştirakçısı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right