“Neftçi”yə gəlmədi, “Aleksandriya”ya getdi

“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçuk “Çernomorets”dəki köməkçisi Aleksey Antonovu özü ilə Azərbaycana gətirməyib.

Newsport.az xəbər verir ki, “Qəbələ”nin sabiq futbolçusu ölkəsi Ukraynada fəaliyyətini davam etdirəcək.

Düzdür, Qriqorçukun gedişindən sonra Antonov da “Çernomorets”dən ayrılıb. 38 yaşlı mütəxəssis “Aleksandriya”nın məşqçilər korpusuna daxil edilib. O, Premyer Liqa komandasında baş məşqçi Ruslan Rotanın köməkçisi olacaq.

Qeyd edək ki, Aleksey Antonov 2015-2016 mövsümündə “Qəbələ”nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right