Bəhmən Həsənov: "Bu, iş prinsipimə yaddır"

Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti qarşılaşmaları keçirilib.
 
Newsport.az-ın məlumatına görə, "İnter" evdə "Rəvan"nı 2:0 hesabı ilə məğlub edib.

"İnter Arena"da matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Bəhmən Həsənov məğlubiyyəti belə şərh edib:

“Hər bir komandanın öz oyun üslübü var. Biz rəqibi yaxşı analiz etmişdik. Sadəcə, oyun taktikamız tez pozuldu. Qapımıza vurulan qolu görə bilmədim. Çünki həmin vaxt Fərid Quliyev zədə almışdı və diqqətim onda idi. Futbolçuların azlığını bəhanə eləmək istəmirəm. Çünki bu mənim iş prinsipimə yaddır. Sadəcə, bildirim ki, işimiz çoxdur, işləməliyik”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right