“Şimal”ın UEFA Regionlar Kubokundakı oyunlarının hakimləri bilindi

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal”ın ilkin mərhələnin B qrupunda keçirəcəyi  oyunlara hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. UEFA “Football School Bridge” (Gürcüstan) ilə görüşə monteneqrolu, “Qothenburq”la (İsveç) matça isə moldovalı baş hakimi təyin edib.

Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.

28 iyun

19:00. “Football School Bridge” – “Şimal”
Baş hakim: Miloş Boşkoviç (Monteneqro).
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva).
Dördüncü hakim: Robertas Valikonis (Litva).

1 iyul

19:00.“Şimal” – “Qothenburq”
Baş hakim: Dumitri Muntyan (Moldova).
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro).
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro).

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right