"Sabah" səfər oyununu hansı ölkədə keçirəcək?

İsrailin "Makkabi"(Hayfa) klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sabah"la ev görüşünün məkanı ilə bağlı hələ qərar verməyib.

Newsport.az “Sport5.co.il” portalına istinadən xəbər verir ki, İsrail klubunun təmsilçimizi Slovakiyada qəbul edəcəyi gözlənilir.

Lakin oyunun hansı stadionda keçiriləcəyi hələlik bəlli deyil. Əvvəlcə isə görüşün Macarıstan, daha sonra isə Bolqarıstanda keçiriləcəyi iddia olunurdu.

Matç iyulun 1-də baş tutacaq.“Sabah” – “Makkabi” oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right