"Qarabağ" Mahir üçün "Dinamo"ya təklif göndərib Xorvatiya mətbuatı

"Dinamo"nun hücumçusu Mahir Emreli "Qarabağ"a keçə bilər.

Newsport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün "Dinamo"ya təklif göndərib.

"Germanijak" portalı məsələ haqda bunları yazıb:

"Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. "Qarabağ"ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik".

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right