U-21 yığmamızın sabiq üzvü "Qəbələ"də

2024-2025-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib.

O, bunadək “Şamaxı-2” (2017-18), “Neftçi-2” (2020), “Kəpəz” (2021-22) komandalarında çıxış edib. Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right