“Sabah” yarımmüdafiəçi Kristian da Silva ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Da Silva 2022-ci ilin fevral ayından “Sabah”da çıxış edirdi. O, paytaxt klubunda ümumilikdə 54 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.