Tərlan Əhmədov: “Bəzi səhvləri etməsəydik...”

Azərbaycan Premyer Liqasının IX turunda AZAL doğma meydanında "Neftçi” üzərində 2-1 hesablı qələbə qazanıb. 

Newsport.az-ın məlumatına görə, , qarşılaşmadan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyun haqqında fikirlərini belə izah edib:
"Ruh düşkünlüyünə baxmayaraq, AZAL əzmkar oyun sərgilədi. Ümumilikdə hər iki komandanın ifasında maraqlı, mübarizəli bir oyun gördük. Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi. Bu qələbəyə görə komandaya təşəkkür edirəm, artıq "Neftçi” ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdir. Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı. Maliyyə durumu normallaşmaqdadır. Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right