“Həyatım boyu bu qədər məyus olmamışdım” - Samir Əliyev

Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi” səfərdə AZAL-ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Samir Əliyev məğlubiyyət haqqında danışıb: 
"Ardıcıl 5-ci oyundur ki, qələbə qazana bilmirik. AZAL ilə oyuna çox bərbad başladıq. İkinci hissədə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışdıq, qol da vurduq. Amma oyunun son dəqiqələrində səhvə yol verdik, qapımıza penalti təyin olundu. Rəqib bundan maksimum yararlandı və biz məğlub olduq. Bəlkə də həyatım boyu bu qədər məyus olmamışdım. Çıxış yolu qışa qədər gözləməkdir. Əgər mən burada qalsam, layiq olmayan futbolçular göndəriləcək. Gənc, təcrübəli futbolçu başa düşməlidir ki, hansı klubda oynayır. Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right