Vladislav Panteleyev Ayaz Quliyev haqda: “O, heç vaxt qışqırmırdı”

Moskva “Spartak”ının sabiq futbolçusu Vladislav Panteleyev hazırda “Sabah”ın formasını geyinən keçmiş komanda yoldaşı Ayaq Quliyevlə bağlı maraqlı fikirlər səsləndirib.

Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi azərbaycanlı oyunçunun xasiyyətindən danışıb.

O, Ayaz Quliyevin qalmaqallara qarışmasını da dəyərləndirib: “Ayaz həyatda sakit, mehriban, ünsiyyətcil insandır. Amma nəyisə bəyənməyəndə bir saniyə ərzində qaynayır. Onun hekayələrini də hər kəs bilir. Biz həmişə asanlıqla ümumi dil tapırdıq. Meydanda isə… “Arsenal”da xasiyyəti bir az dəyişdi. Ancaq Ayaz heç vaxt qışqırmırdı. Ona “sakit ol” deyirsən, dərhal sakitləşir”.

Qeyd edək ki, Ayaz Quliyevlə Vladislav Panteleyev “Spartak” və Tula “Arsenal”ında birgə çıxış ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right