“Neftçi” İsrafilovla vidalaşdı

“Neftçi” yarımmüdafiəçisi Eddi İsrafilovla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə müddəti başa çatmış müqaviləni yeniləməyə ehtiyac duyulmayıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”nin formasını geyinən İsrafilov bu müddət ərzində paytaxt təmsilçisinin heyətində 71 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right